Vakansiyalar

NƏ ÜÇÜN STP?

Şirkətimizin İnsan Resurslari departamenti insan amilinə yüksək qiymət verən kadr siyasəti çərçivəsində fəaliyyət göstərir. “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) üçün ən önəmli dəyərlərdən biri də insan amilidir. STP-nin ən dəyərli kapitalının işçi heyəti olduğunu bilir və bu heyətin effektiv idarə olunaraq müəssisənin məhsuldar fəaliyyəti üçün lazimi şəraiti yaradırıq.  Biz işçilərimizin qayğısına qalmağın nə qədər önəmli olduğunu anlayırıq və onların inkişaf etmələrinə yardım etməyi özümüzə borc bilirik. Hesab edirik ki, bizim bugünkü və gələcək uğurlarımıza zəmanət verən məhz bizim işçilərimizdir. STP-yə qoşularaq siz də hər birinin uğurlarımızda əhəmiyyətli rolu olan, ümumi sayı 2000-dən artıq insandan ibarət bir komandaya üzv olacaqsınız. Biz işimizi daha da yaxşı yerinə yetirməkdə bizə və sifarişçilərimizə yardım edəcək və işini gözləniləndən daha yaxşı icra etməyə, eyni zamanda Sumqayıt Texnologiyalar Parkında öz karyera və bacarıqlarını təkmilləşdirmək qadir malik savadlı və məsuliyyətli kadrlar axtarırıq. Karyeranızın “Sumqayıt Texnologiyalar Parkı” MMC-də inkişafı üçün bizə qoşulun!

İNKİŞAF İMKANLARI

STP öz üzərində daim işləyən kadrlar, gənclər üçün böyük imkanlar təqdim edir. Qeyd edək ki, müəssisə tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək məqsədi ilə Karyera sərgilərində də iştirak edir. STP-nin İnsan Resursları Departamenti əməkdaş seçimində bilik və bacarıqların dəyərləndirilməsi ilə yanaşı, aktiv və yeni texnologiyalarla işləməyi bacaran gənclərə xüsusi önəm verir.

STP ixtisaslaşmış komandaya, yüksək səviyyəli avadanlıqlara və müxtəlif yönümlü istehsal imkanlarına görə regionun nəhəng və texnoloji istehsal müəssisəsidir. Məhz bu səbəbdən Sumqayıt Texnologiyalar Parkı əməkdaşlarının şəxsi və peşəkar inkişafını diqqətdə saxlayır. Belə ki, STP-də mütəmadi təlim və seminarlar təşkil edilir. Müəssisə həmçinin mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsinə imkan yaradır.