Ventilyasiya Boruları
STP-nin Elektrik Avadanlıqları Zavodunun Ventilyasiya sistemlərinin istehsalı və quraşdırılması sahəsində yeni tikilən binaların və obyektlərin ventilyasiya sistemlərinin çəkilməsində əvvəzsiz rolu olan ventilyasiya boruların istehsalı və quraşdırılması xidmətləri göstərilir.
Zavodda detalların hazırlanması üçün AUTOCAD və CAM DUCT proqramı ilə idarə olunan “CNC” plazma dəzgahı ilə təchiz olunub.
İstehsal olunan boru və birləşdirici aksesuarlar yüksək mərtəbəli binalarin tüstü təmizləmə sistemlərində, idman, fitness və olimpiya komplekslərində, anbarlarda, arxiv və hesablama mərkəzlərində, istənilən təyinatlı (sənaye və qida) istehsal sahələrində, quşçuluq fermaları və broylerdə, yeraltı tunellərdə, nasosxanalarda, yanğın və partlayış təhlükəli zərərli istehsal mühiti olan sahələrdə geniş istifadə oluna bilər.
Məhsulların yüngül çəkidə olması çeşidlərin bolluğu və sifarişə uyğun düzəldilməsi onları fərqləndirən cəhətləridir. Bu məhsullar istənilən ventilyator, aspirator, fan, ruftop və s. sistemləri üçün yararlıdır.
Ventilyasiya borularının hazırlanması zamanı aşağıdakı materiallardan istifadə olunur:
- Alüminium - 0.6 -1.2mm
- Sinklənmiş polad - 0.5 -1.0mm
- Paslanmaz polad - 0.4 - 0.9mm
STP spiral, düzbucaqlı və kvadrat hava kanallarını müştərilərə təqdim edir. Spiral boru istehsalı Ø100, 125, 160, 200, 250, 315, 355, 400, 500, 630, 710, 800, 900, 1000, 1120, 1250, 1400 mm-dək borular istehsal olunur. Düzbucaqlı və kvadrat hava kanallarını isə istənilən ölçüdə hazırlamaq mümkündür. Sahə silindirk havalandırma sisteminin bütün aksesuarlarını Ø125 – 1250 intervalında hazırlayan müasir dəzgahlarla təchiz olunub.
- Keçid (düzbucaqlıdan dairəyə)
- Üçlük
- Dirsək
- Dördlük
- Mufta
- Nippel
- Zont
- Deflektor
- Qapaq
- Aypara.
- Müxtəlif təyinatlı qutular
- Dördbucaqlı kanallar
- S-şəkilli kanallar (dairəvi və dördbucaqlı)
- Slot qutuları