Yük maşınları və texnikalar
Texnoparkda qoşqu və yarımqoşquların komplektləşdirici hissələrdən "HOWO STP" markalı sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28), kran maşınlar istehsal olunur, həmçinin, onlara texniki xidmət göstərərək, təmir işləri həyata keçirilir.
STP-nin istehsal etdiyi 7-ci seriya "HOWO STP" markalı avtomobillər təkmilləşdirilmiş mühərriklərlə təchiz edilmişdir. Tətbiq olunan mühərriklərin gücü 266 at gücündən 420 at gücünə kimi dəyişir. Avtomobilin səmərəli güc təsnifatı, az yanacaq sərfi kimi xüsusiyyətləri vardır və avtomaşın Avro-3 standartlarına cavab verir. "HOWO STP" yüksək texniki xarakteristikaya, gözəl dizayna, mükəmməl təhlükəsizlik sisteminə və rahatlığa malikdir.
Müəssisədə Türkiyə və Almaniya istehsalı olan, avropa standartlarına və texnoloji tələblərə cavab verən avadanlıqlardan istifadə olunması və ixtisaslı kadr potensialı yüksək keyfiyyətin əldə olunmasının əsas səbəblərindən biridir.
STP inşaat, habelə digər sahələr üçün müxtəlif təyinatlı yüklərin daşınması zamanı istifadə olunan aşağıdakı avtomobillər istehsal edir:
- Bortlu və platformalı (STP BPY-25, STP PY-22, STP PY-35, STP PY-45, STP BQ-8,STP BQ-10);
- Özüboşaldan (STP ÖBY-35, STP ÖBY-45, STP ÖBY-60);
- Ağıryükdaşıyan (STP AYDY-40, STP AYDY-60);
- Konteynerdaşıyan (STP KDY);
- Borudaşıyan (STP BQ-2255, STP BQ-2214);
- Sisternalı (STP SYQ-25, STP SYQ-28) və. s müxtəlif təyinatlı qoşqu və yarımqoşqular.
Avtomobil şassiləri üzərinə quraşdırılan:
- Qaldırıcı səbətlər (STP STAQ-17, STP STAQ-22, STP STAQ-26, STP STAQ-28);
- Özüboşaldan və bortlu kuzovlar (sifarişə uyğun müxtəlif həcmli);
- Avtobetonqarışdırıcı çənlər (9 və 12M3 );
- Su və yanacaq çənləri (müxtəlif həcmli);
- Avtobus vaqonlar;
- Briqada təyinatlı kuzovların və.s
İstehsal olunan avtomobillərə və yarımqoşqulara texniki xidmət də göstərilir.