- Polipropilen PPR Borular
- Şüşə Lifli Üçqat PPRC Fiber Borular
- Daxili Kanalizasiya üçün Genağızlı Polipropilen Borular
- Damcı Suvarma Boruları
- PE100 Boruları
- PE 100 Boruları üçün Qaynaq Üsulu ilə Alınmış Fitinqlər
- PPRC Fitinqlər
- Koruge Borular
- Təkqat Koruge Borular
- İkiqat Koruge Borular
- İkiqat Koruge Polipropilen Borular
- Koruge Borular üçün Fitinqlər
- Konsentrik və Ekssentrik Keçidlər
- Yüksək və Alçaq Təzyiqli, Böyük Diametrli, Profilli Sarınma Borular
- PE 100 Borular üçün Tökmə Fitinqlər
- PPH Kanalizasiya Fitinqləri
Yüksək və Alçaq Təzyiqli, Böyük Diametrli, Profilli Sarınma Borular
Tətbiq sahəsi
PMZ-də yeni texnologiya əsasında Almaniya istehsalı olan avadanlıqlarda yüksək və alçaq təzyiqli, böyük diametrli sarınma borular istehsal olunur. Bu borular soekstruziya metodu ilə ekstruderdən çıxan profilin polad qəlibə (mandrele) sarınması texnologiyası əsasında alınır.
PMZ-də yeni texnologiya əsasında Almaniya istehsalı olan avadanlıqlarda yüksək və alçaq təzyiqli, böyük diametrli sarınma borular istehsal olunur. Bu borular soekstruziya metodu ilə ekstruderdən çıxan profilin polad qəlibə (mandrele) sarınması texnologiyası əsasında alınır.
PMZ-də istehsal olunan yüksək və alçaq təzyiqli, böyük diametrli profilli və profilsiz sarınma borular bir çox sahələrdə tətbiq edilə bilər:
- yağış və qrunt sularının axıdılmasında;
- su hövzələri üzərindən ötürülmələrdə;
- kanalizasiya sistemlərində;
- quyuların, şaxtaların, rezervuarların nasos stansiyalarının və yeraltı körpülərin qurulmasında
Yüksək və alçaq təzyiqli, böyük diametrli bu boruların istehsalı üçün aşağıdakı termoplastik polimerlərdən istifadə olunur:
- Polietilen (PE 100)
- Homogen polipropilen (PP-H)
Boruların uzunluğu:
Bu boruların hesablanmış standart uzunluğu L=6 metrdir. Bu uzunluq boruların cərgə ilə yığılmasını, saxlanmasını və daşınmasını asanlaşdırır. PMZ 1 metrdən 6 metrə qədər uzunluqlarda, konkret məqsədlər üçün borular istehsal etmək imkanına malikdir.
Zavod daxili diametri (ID) DN 800-3500 mm olan borular istehsal etmək imkanına malikdir. Boruların nominal diametri daxili diametrə uyğundur.
Divarlarının strukturlanması (profillə sarınması) boruların daha yüksək statik basqılara dözmələrinə imkan yaradır. Bu strukturun quruluşu profilin tiplərindən asılıdır:
PR tipli profillər:
Bu tipli profillər hamar daxili və profillənmiş xarici səthə malikdirlər. Xarici səthdə profillər müəyyən ara məsafəsi saxlanılmaqla sarınırlar. Burada kiçik çəki ilə yüksək həlqəvi möhkəmlik əldə etmək mümkündür.
OP tipli profillər:
Bu tip profillər də həmçinin, hamar daxili səthə və profillənmiş xarici səthə malik olur. Xarici səthdə profillər “olimpiya həlqələri” şəklində düzülür. Bu tip profillər də kiçik çəki və yüksək həlqəvi möhkəmliyə malikdirlər.