STP Şirkətlər Qrupu haqqında

STP Şirkətlər Qrupu haqqında

STP Şirkətlər Qrupu – enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sektorları üçün məhsullar istehsal edən ixtisaslaşmış zavodları birləşdirən böyük sənaye kompleksidir.

STP Şirkətlər Qrupu

STP Şirkətlər Qrupu

Sumqayıt Texnologiyalar Parkı (STP) 2009-cu ildə Azərbaycan sənaye sektorunun inkişafına dəstək vermək, yerli istehsal potensialını gücləndirmək və ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Bu gün STP Şirkətlər Qrupu regionun ən böyük sənaye komplekslərindən biridir.


Yaradıldığı gündən etibarən STP Şirkətlər Qrupunun əsas məqsədi beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etmək olub. Bu gün Şirkətlər Qrupunun məhsulları enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sahələrində geniş istifadə olunur. Qrupun zavodları alçaq, orta və yüksək gərginlikli elektrik ötürücü və rabitə xətləri üçün müxtəlif növ kabellər; növbə gözləmə, ödəniş, kargo - terminallar; generatorlar; kabel kanalları; polimerdən sənaye və məişətdə istifadə olunan su, qaz boruları və həmçinin çirkab suların axıdılması üçün istifadə olunan borular; tökmə və qaynaq üsulu ilə hazırlanan fitinqlər; stadion oturacaqları; zolaq ayrıcıları; alüminium pəstahlar və profillər; mis və alüminium elektrotexniki çubuqlar; texniki qazlar və quru buz; geniş təyinatlı metal konstruksiyalar; körpülü və yerüstü kranlar və yüksək təzyiqli çənlər istehsal edir. Bundan əlavə, qrupun zavodları mexaniki yığım və antikorroziya örtüyü xidmətləri göstərir, o cümlədən qumlama və sinkləmə işlərini həyata keçirir.


Şirkətin fəaliyyətinin əsasını keyfiyyətə, innovasiyalara və səmərəliliyə sadiqlik təşkil edir. STP Şirkətlər Qrupu müştərilərinin tələblərini daha yaxşı ödəmək üçün yeni texnologiyalara daim sərmayə qoyur, istehsal proseslərini təkmilləşdirir və məhsul çeşidini genişləndirir. STP-nin istehsal sahələri dünyanın tanınmış müasir şirkətlərinin avadanlıqları ilə təchiz edilib, burada istehsal olunan məhsullar ən son müasir standartlara cavab verən laboratoriyalarda sınaqdan keçirilir və məhsulların beynəlxalq standartlara cavab verən serftifikatları mövcuddur. Bu yanaşma isə öz növbəsində həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda etibarlı və iqtisadi cəhətdən səmərəli sənaye həlləri təqdim etməyə imkan yaradır.
Texnoloji inkişafla yanaşı, STP Şirkətlər Qrupu insan kapitalının inkişafına da böyük önəm verir. Təlim və peşəkar inkişaf proqramları vasitəsilə şirkət yerli mühəndislərin və mütəxəssislərin hazırlığına sərmayə qoyur, bununla da Azərbaycanda yeni nəsil sənaye və texnoloji kadrların formalaşmasına töhfə verir.


Gələcəyə baxaraq, STP Şirkətlər Qrupu istehsal gücünü artırmağa, qabaqcıl texnologiyaları tətbiq etməyə və beynəlxalq bazarlarda mövqeyini gücləndirməyə yönəlir. Öz korporativ dəyərlərinə sadiq qalaraq, STP Şirkətlər Qrupu “Made in Azerbaijan” brendini qürurla təmsil edir və ölkənin sənaye potensialının inkişafına davamlı töhfə verir.

Məqsədimiz

Məqsədimiz

STP Şirkətlər Qrupu yüksək keyfiyyətli sənaye həlləri təklif edərək, innovasiyaları tətbiq etməklə və qlobal bazarlarda fəaliyyətini genişləndirərək yüksək texnoloji istehsal sahəsində regional lider olmağı hədəfləyir.

Dəyərlərimiz

Dürüstlük

Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.

Keyfiyyət

Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.

Gəlirlilik

Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir.

Əməkdaşlıq

Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.

Sahibkarlıq ruhu

Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.