STP Assan Panel

STP Assan Panel

Assan STP Panel — sendviç panelləri istehsal edən zavoddur.

STP Assan Panel

Assan STP Panel, Türkiyənin sendviç panel sektorundakı lider markası Assan Panel və STP Şirkətlər Qrupu arasında 2021-ci ildə yaradılmış birgə müəssisədir. Bu tərəfdaşlıq sayəsində Assan Panel-in beynəlxalq təcrübəsi və keyfiyyət standartları, artıq Azərbaycan istehsalı ilə birləşdirilərək yerli və regional bazarlara təqdim olunur.

Assan Panel, 1990-cı ildən bəri İstanbuldan başlayan istehsal gücünü 85-dən çox ölkəyə ixracatı ilə qlobal bazarda öncül mövqe qazanıb. Beynəlxalq sertifikatlara sahib məhsulları ilə enerji səmərəliliyi, yanğına davamlılıq və estetik keyfiyyətlər baxımından sektora yön verməkdədir.

Assan STP Panel, sendviç panellər, polikarbonat örtüklər, alüminium kompozit panellər və digər tikinti həllərini artıq Azərbaycan istehsalı ilə təqdim edir. Assan STP Panel-in texnoloji avadanlıqları və istehsal gücləri beynəlxalq keyfiyyət standartlarına cavab verir. Bunun sayəsində şirkət həm yerli, həm də qlobal bazarlardakı layihələr üçün etibarlı və rəqabətədavamlı məhsullar təqdim edir.
Assan STP Panel-in əsas məqsədi regionda dayanıqlı, müasir və funksional tikinti sistemlərinin inkişafına töhfə vermək, həmçinin müştərilərini keyfiyyətli məhsulla və vaxtında texniki dəstəklə təmin etməkdir.

Ətraflı məlumat və müraciət üçün