

STP Global Cable 2009-cu ildən fəaliyyət göstərir və regionun ən böyük kabel istehsalçılarından biridir.
Zavod aşağı, orta və yüksək gərginlikli enerji kabelləri, sənaye, telekommunikasiya, neft quyusu, yanğına davamlı və optik lifli kabellər də daxil olmaqla geniş çeşiddə məhsullar istehsal edir.
İstehsalatda avtomatlaşdırılmış və yüksək dəqiqliklə idarə olunan proseslərdən istifadə edilir, müştərilərə bazarın tələblərinə uyğun kabel həlləri təqdim olunur. Müasir laboratoriyalarda məhsulların keyfiyyəti və dayanıqlılığı yoxlanılır, ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən istehsal texnologiyalarından istifadə olunur. İzolyasiya və qoruyucu örtüklərdə innovativ materiallardan istifadə məhsulların etibarlılığını daha da artırır.
Məhsullar müasir laboratoriyalarda ciddi keyfiyyət nəzarətindən keçirilir, beynəlxalq sertifikatlara malikdir və “Made in Azerbaijan” brendi altında Avropa, MDB və Yaxın Şərq bazarlarına çıxarılır.
STP Global Cable təkcə yerli bazarda deyil, həm də xarici bazarlarda tanınan və etibar olunan bir brendə çevrilmişdir. Şirkət qarşısına Yaxın Şərq və Avropa bazarlarında mövqeyini daha da gücləndirmək və dünya miqyasında kabel həlləri üzrə aparıcı şirkətlərdən birinə çevrilmək hədəfini qoymuşdur.