

STP Heavy Engineering ağır maşınqayırma, metal konstruksiya istehsalı və antikorroziya həlləri üzrə ixtisaslaşmış istehsal müəssisəsidir. Zavod yerli və beynəlxalq standartlarına uyğun olaraq geniş çeşiddə məhsul və mühəndislik xidmətləri təqdim edir.
STP Heavy Engineering tərəfindən müxtəlif ölçü və çəkidə metal konstruksiyalar istehsal olunur. Zavodun istehsal gücünə elektrik ötürücü və rabitə dayaqları, sənaye və infrastruktur təyinatlı metal karkaslar, eləcə də böyük ölçülü və ağır çəkili qaynaqlı konstruksiyalar daxildir. Müəssisə həmçinin təzyiq altında işləyən avadanlıqların istehsalını həyata keçirir. Buraya yüksək təzyiqli, saxlanma və texnoloji çənlər daxildir.
STP Heavy Engineering körpülü, portal və yarımportal kranlar, eləcə də dəniz və quru təyinatlı kran sistemlərinin istehsalı sahəsində geniş təcrübəyə malikdir. Zavodun qaynaq və montaj sahələrində kran və digər ağır sənaye avadanlıqlarının yığımı həyata keçirilir.
STP Heavy Engineering tərəfindən təqdim olunan xidmətlərə qaynaq və montaj işləri, mexaniki yığım, qumlama və rəngləmə prosesləri, eləcə də metal məmulatların uzunmüddətli korroziyadan qorunmasını təmin edən qaynar sinkləmə və çoxqatlı boya sistemləri daxildir.