İnsan Kapitalı

İnsan Kapitalı

KOMANDAMIZ – GÜCÜMÜZDÜR

Biz inanırıq ki, gücümüz yalnız sənaye imkanlarımızda və texnologiyada deyil, onları hərəkətə gətirən insanlardadır. Bizim İnsan Kapitalı vizyonumuz sadədir: biz insanlara investisiya edirik,  bacarıqlarını inkişaf etdirməyi, təkmilləşməyi, öyrənmə mədəniyyətini dəstəkləyirik – bununla da, STP-də tək məhsul istehsalını deyil, həm də innovasiya, davamlılıq və birgə uğuru hədəf alırıq.

 

İstedad Strategiyası və Mədəniyyət

Strateji Uyğunluq – STP-də hər bir rol və hər bir komanda ümumi strateji məqsədlərlə çalışır. Bu yanaşma istedadların sadəcə resurs olmadığını, missiyamızın həyata keçirilməsində strateji rol oynadığını vurğulayır.

Səlahiyyət və Məsuliyyət – Biz təşəbbüsə, davamlı öyrənməyə və komandalararası əməkdaşlığa önəm veririk. Əməkdaşlar layihələrdə məsuliyyət götürməyə, ideyalarını paylaşmağa və dəyişikliklərin lideri olmağa təşviq olunurlar.

Fərqli Təcrübə və Baxışlar –  Biz fərqli təcrübə və baxış bucağına malik insanların özlərini dəyərli, səlahiyyətli və fikirlərini sərbəst ifadə edə biləcəkləri bir iş mühiti yaratmağa çalışırıq.

Dəyərləndirmə və Mükafatlandırma – Performans, inkişaf və dəyərlərlə uyğunluq sistemli şəkildə aparılır. Biz inanırıq ki, mükafat töhfəni, öhdəliyi və nəticələri əks etdirməlidir.

Bacarıqların İnkişafı və Öyrənmə

Öyrənmə Proqramları – Texniki bacarıqların artırılmasından liderlik və “soft skill”lərin inkişafına qədər strukturlaşdırılmış təlim imkanları təqdim edirik.

Təşkilati İnkişaf və Rotasiya – Komanda üzvlərinin qrup daxilində şirkətlər, layihələr və departamentlər üzrə daxili mobilliyi təşviq edərək müxtəlif sahələrdə təcrübə qazanmasını və biliklərini dərinləşdirməsini təmin edirik.

Mentorluq və Kouçinq – Təcrübəli mütəxəssislər gənc istedadlara mentorluq edərək, onlarla bilik, təcrübə və liderlik baxışlarını paylaşırlar.

Tərəfdaşlıqlar və əlaqələr – Təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək komandamıza ən yaxşı təcrübələr, araşdırmalar və qlobal perspektivlər gətiririk.


İşçilərin Rifahı və Məşğulluq

Sağlamlıq və Əməyin Təhlükəsizliyi – Bütün istehsalat sahələrində, ofislərdə təhlükəsiz və sağlam iş mühitini təmin etmək bizim üçün prioritetdir.

İş və Şəxsi Həyat Balansı – İşçilərin rifahını, ailə ehtiyaclarını və şəxsi inkişafını dəstəkləyən imkanlar təqdim edirik.

Açıq Dialoq və Əks Əlaqə Mədəniyyəti – Müntəzəm əks əlaqə, sorğular və dialoqlar üçün kanallarımız mövcuddur, hər kəsin səsini eşidilsin və biz davamlı inkişaf edək.

Əməkdaşların Təqdir olunması– Nailiyyətləri və komanda uğurlarını müntəzəm olaraq qeyd edirik ki, əməkdaşların təşkilata bağlılığı artsın.


Əməkdaş Seçimi Fəlsəfəsi

Strateji İşə Qəbul – Keyfiyyətli nəticələr əldə etməyə, əlavə dəyər yaratmağa və Azərbaycanın sənaye inkişafına töhfə verməyə həvəsli mütəxəssisləri axtarırıq.

Kompetensiya və Dəyərlərə Uyğunluq – Texniki bacarıqlardan əlavə, dürüstlük, öyrənmə həvəsi, əməkdaşlıq və nəticə vermə qabiliyyətinə diqqət yetiririk.


Təcrübə Proqramları – Universitetlər və peşə məktəbləri ilə əməkdaşlıq edərək yeni istedadları cəlb edir, yeni məzunlara mentorluq edirik və real layihə təcrübəsi təqdim edirik.


Adaptasiya  - Yeni əməkdaşlar STP-nin iş prinsipləri, mədəniyyəti və strateji məqsədləri ilə tam tanış olur, qısa müddət ərzində məhsuldar olaraq  mühitə tam inteqrasiya olunurlar.

Nailiyyət və Gələcək Perspektivlər

STP güclü insan kapitalı ilə aşağıdakı məqsədlərə nail olmağı hədəfləyir:

Bütün istehsal sahələrində və layihələrdə məhsuldarlığı və keyfiyyəti yüksəltmək;

STP-nin transformasiya, rəqəmsallaşma və genişlənmə prosesini idarə edəcək növbəti nəsil liderləri yetişdirmək;

Müxtəlif sənaye sahələrindəki çağırışlara çevik və dayanıqlı insan qüvvəsi formalaşdırmaq;

STP-ni yalnız sənaye nəhəngi deyil, həm də istedadların yetişdiyi  “insan yönümlü” təşkilat kimi tanınmaq.

Bizim ən böyük sərmayəmiz insanlarımızdır — məhz onların töhfələri, inkişafı və birgə əməyi STP-nin inkişafını təmin edir.


Vakansiyalara bax

FAQ

01
Vakansiyalar harada elan olunur?
STP Şirkətlər Qrupuna aid bütün vakansiyalar vahid platforma olan stpcareer.com portalında dərc olunur. Namizədlər burada uyğun vakansiyanı seçərək onlayn müraciət edə bilərlər.
02
Müraciət etdikdən sonra hansı addımlar atılır?
Müraciət qeydə alındıqdan sonra sistem tərəfindən təsdiq e-poçtu göndərilir. Uyğun namizədlərlə əlaqə saxlanılır və onlar növbəti mərhələlər – müsahibə və ya texniki tapşırıq üçün dəvət olunurlar.
03
Yeni əməkdaşlar üçün hansı inkişaf imkanları təqdim olunur?
Yeni əməkdaşlar üçün xüsusi adaptasiya proqramı həyata keçirilir. Bununla yanaşı, illik təlim planı çərçivəsində yerli və beynəlxalq öyrənmə və inkişaf proqramlarında iştirak imkanı yaradılır.
04
İşə qəbul prosesi neçə mərhələdən ibarətdir?
İşə qəbul prosesi əsasən 2–3 mərhələdən ibarətdir. Bu mərhələlərə müraciətlərin ilkin emalı, strukturlaşdırılmış müsahibələr və ehtiyac olduqda təqdim edilən texniki tapşırıqlar (test və ya yazılı suallar) daxildir.
05
Karyera inkişafı necə dəstəklənir?
Əməkdaşların peşəkar inkişafı performans dəyərləndirməsi, təlim, kouçinq və mentorluq vasitəsilə davamlı və sistemli şəkildə təşviq olunur.
06
İş şəraiti və təminatlar nələrdən ibarətdir?
STP Şirkətlər Qrupunun əməkdaşları müasir və təhlükəsiz iş şəraiti, eləcə də nəqliyyat xidməti və gündəlik qidalanma ilə təmin olunur.
Information

Sabahın Gücü Gələcəyin Mühəndislərinə Dəstək!

STP MMC-nin 'Sabahın Gücü' layihəsi hər il davamlı şəkildə həyata keçirilərək gənclərin inkişafına və sənaye potensialının gücləndirilməsinə töhfə verir. Layihə innovativ yanaşmalar və müasir həllərlə ölkənin gələcəyinə xidmət etməyi hədəfləyir. 'Sabahın Gücü' davam edən bir uğur hekayəsidir.

Daha ətraflı