

STP Aluminium zavodu tikinti sektoru və sənaye üçün geniş çeşiddə alüminium profillərin istehsalında ixtisaslaşır. Bu profillər qapı və pəncərə sistemlərində, mebel istehsalında, fasad konstruksiyalarında, həmçinin digər mühəndislik və memarlıq həllərində istifadə olunur.
İstifadə olunan xammal zavodun öz alüminium əridilməsi və tökmə sahələrində emal olunur. Bu xüsusiyyət STP Aluminium-u regionda tam istehsal zəncirinə malik azsaylı müəssisələrdən birinə çevirir.
STP Aluminium zavodu alüminium profillər, qapı və pəncərə sistemləri, eləcə də müştərilərin fərdi sifarişləri əsasında xüsusi profillər istehsal edir.
STP Aluminium zavodunda Avropanın aparıcı texnoloji mərkəzlərində təlim keçmiş yüksək ixtisaslı mütəxəssislər çalışır.
Məhsullar müasir laboratoriyalarda ciddi keyfiyyət nəzarətindən keçirilir, beynəlxalq sertifikatlara malikdir və “Made in Azerbaijan” brendi altında beynəlxalq bazarlarına çıxarılır.