

STP Polymer, 2009-cu ildə fəaliyyətə başlamış və müxtəlif növ polimer məmulatlarının istehsalı üzrə ixtisaslaşan regionun ən iri sənaye müəssisələrindən biridir.
STP Polymer zavodunda müxtəlif diametrli borular, o cümlədən böyük diametrli yüksək təzyiqə davamlı polietilen borular, spiral və koruge borular, damcı suvarma boruları, müxtəlif ölçülü fitinqlər, kənd təsərrüfatı üçün yeşiklər, velosiped zolağı ayırıcıları, delineatorlar və stadion oturacaqları istehsal olunur.
STP Polymer-də müxtəlif təyinatlı 80-dən artıq istehsal xətti fəaliyyət göstərir. İstehsalda yüksək keyfiyyətli xammal və Almaniya, Avstriya, İtaliya və Türkiyənin aparıcı şirkətlərinin müasir avadanlıqlarından istifadə olunur.
Məhsullar müasir laboratoriyalarda ciddi keyfiyyət nəzarətindən keçirilir, beynəlxalq sertifikatlara malikdir və “Made in Azerbaijan” brendi altında Avropa, MDB və Yaxın Şərq bazarlarına çıxarılır.