
Baş İcraçı Direktor
Ələkbər Abbaslı 2023-cü ildə STP Şirkətlər Qrupuna Müşahidə Şurasının üzvü kimi təyin olunmuşdur. 2025-ci ilin avqust ayından etibarən isə STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru vəzifəsini icra edir.
Ələkbər Abbaslı Azərbaycan Dövlət Neft Akademiyasının “Neft sənayesi” ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir və enerji, inşaat, maliyyə və sənaye sektorlarında 25 ildən artıq peşəkar təcrübəyə sahibdir.
Peşəkar fəaliyyətinə konsaltinq sahəsində başlayan Ələkbər Abbaslı PricewaterhouseCoopers (PwC) və Ernst & Young (EY) şirkətlərində beş ildən artıq müddətdə çalışaraq audit, maliyyə hesabatlılığı, korporativ idarəetmə və daxili nəzarət sahələrində dərin bilik və təcrübə qazanmışdır.
Daha sonra o, enerji sektoruna keçərək beş ildən artıq müddətdə Statoil (hazırda Equinor) Azerbaijan şirkətində Azerbaijan Gas Supply Company (AGSC) üzrə maliyyə meneceri vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə iri miqyaslı neft-qaz layihələri çərçivəsində maliyyə idarəçiliyi və əməliyyat nəzarəti sahəsində əhəmiyyətli praktiki təcrübə əldə etmişdir.
Ələkbər Abbaslı karyerasını tikinti sektorunda davam etdirərək beş il ərzində Azərbaycanın aparıcı inşaat və inkişaf şirkətlərindən biri olan PASHA Construction-da Baş direktorun müavini vəzifəsini icra etmiş, iri yaşayış və mülki tikinti layihələrinin idarə olunmasında bilavasitə iştirak etmişdir.
Sonrakı illərdə o, SOCAR Gas Operating Company-də Baş menecer, eləcə də GL LTD şirkətində Maliyyə direktoru vəzifələrində çalışaraq strateji, əməliyyat və maliyyə fəaliyyətinə rəhbərlik etmiş, maliyyə strategiyasının formalaşdırılması və korporativ səmərəliliyin artırılması üzrə təşəbbüslərə rəhbərlik etmişdir.