2009-cu ildə təsis olunduğu gündən Sumqayıt Texnologiyalar Parkı bir məqsədə doğru irəliləmişdir – ölkənin sənaye potensialını gücləndirmək və Azərbaycanın ixrac imkanlarını genişləndirmək. Ölkəmiz üçün müasir sənaye bazası yaratmaq niyyəti ilə başlayan yolumuz bu gün regionun ən böyük diversifikasiya olunmuş sənaye strukturlarından birinə çevrilmişdir.
Bu gün STP Şirkətlər Qrupu qabaqcıl istehsal güclərinə malik etibarlı və rəqabətədavamlı sənaye qrupudur. Beynəlxalq standartlara cavab verən məhsullarımız həm yerli, həm də xarici bazarlara inamla çıxmağa, yüksək keyfiyyəti, etibarlılığı və standartlara uyğunluğu davamlı təmin etməyə imkan verir. Biz müştərilərimiz, tərəfdaşlarımız, əməkdaşlarımız və səhmdarlarımız ilə işimizdə korporativ dəyərlərimizə, əməliyyat fəaliyyətində effektivliyə və məsuliyyətli biznes prinsiplərinə sadiq qalırıq.
Gələcəyə dair planlarımız – regionun aparıcı sənaye oyunçularından biri kimi qalmaqdır. Biz istehsal potensialımızı genişləndirməyə, qabaqcıl texnoloji həlləri tətbiq etməyə, ixracyönlü məhsullarımızı inkişaf etdirməyə və bununla da yeni bazarlara çıxmağa davam edəcəyik. Əməliyyat effektivliyi və daimi inkişaf prosesi gələcək planlarımızın əsasını təşkil edəcək. Biz əminik ki, Azərbaycanın sənaye inkişafının gələcəyi güclü sənaye oyunçuları tərəfindən formalaşacaq və STP Şirkətlər Qrupu bu sırada hər zaman öz mövqeyini qoruyacaq.
Mən bütün tərəfdaşlarımıza göstərdikləri etimada və əməkdaşlığa görə təşəkkür edirəm.
Ələkbər Abbaslı
STP Şirkətlər Qrupun Baş İcraçı Direktoru