STP Şirkətlər Qrupunun törəmə şirkəti və İsveçrənin Georg Fischer şirkəti təlim keçirtdi

12 Fevral 2025

Hero

STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən, həmçinin sənaye sektorunda qlobal lider kimi tanınan Georg Fischer isveçrə şirkətin Azərbaycandakı rəsmi distribyutoru olan STP Polymer şirkəti, Georg Fischer şirkəti ilə əməkdaşlıq çərçivəsində boru kəməri həllərinə dair bir sıra tədbirlər həyata keçirtdi. Bu tədbirlər sənaye mütəxəssisləri və mühəndislərə boru kəmərlərinin quraşdırılması və təmiri sahəsində ən son texnologiyalarla tanış olmaq imkanlarını yaratdı. Tədbirlər cari ilin 11 fevral tarixində praktiki təlimi və 12 fevral tarixində elmi-texniki seminarı əhatə etdi. Ümumən tədbirlərə STP Şirkətlər Qrupunun müştəri və tərəfdaşlarından ibarət olan mühəndis və texniki heyəti, eləcə də rəhbər şəxsləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılmışdır.

STP Polymer şirkətinin istehsal sahəsində keçirilmiş praktiki təlim iştirakçıları elektrofüzyon fitinqləri, qaynaq avadanlıqları və boru kəmərlərinin texniki xidməti sahəsində ən son həllərlə tanış oldu. Eyni zamanda Georg Fischer şirkətinin mütəxəssisləri boru kəməri sistemlərinin davamlılığını və etibarlılığını təmin etmək üçün innovativ təcrübələrini paylaşdılar. Təlim STP Şirkətlər Qrupunun iclas zalında, daha sonra isə STP Polymer şirkətinin istehsal sahəsində keçirilmişdir. Elmi-texniki seminar iştirakçılarına Georg Fischer tərəfindən qaz və su paylama sistemləri üzrə qlobal təcrübələr haqqında, həmçinin bu sahədə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verildi. Bundan əlavə, iştirakçılar elektrofüzyon qaynaq texnologiyasının və təzyiq sınaqlarının canlı nümayişlərini izləmək imkanını əldə etdilər.

Sənaye sektorunda qlobal lider kimi tanınan Georg Fischer çirkəti 1802-ci ildə İsveçrədə yaranıb. 100-dən çox ölkədə təmsil olunan şirkət əsasən üç sektorda fəaliyyət göstərir: boru kəməri həlləri, əritmə texnologiyaları və müxtəlif emal həlləri.

Paylaşın: