AZ
AZ

STP Şirkətlər Qrupu AS 9100D sertifikatını əldə edib

17 Dekabr 2024

Hero

STP Şirkətlər Qrupu, AS 9100D nüfuzlu beynəlxalq standartı üzrə sertifikatlaşdırmaya nail olan ilk və bu günə qədər yeganə Azərbaycan şirkət oldu. Bu nailiyyət STP Şirkətlər Qrupunun ölkədə sənaye sektorundakı qabaqcıl rolunu və aviasiya, aerokosmik və müdafiə sənayesinin inkişaf etdirilməsinə olan sadiqliyini bir daha nümayiş etdirir.


Beynəlxalq Aerokosmik Keyfiyyət Qrupu (IAQG) tərəfindən hazırlanmış və Beynəlxalq Avtomobil Mühəndislər Cəmiyyəti (SAE International) tərəfindən təsdiqlənmiş AS 9100Dstandartı aviasiya, aerokosmik və müdafiə sənayesinin yüksək tələblərinə uyğunlaşdırılmış keyfiyyət standartıdır. Beynəlxalq sertifikasiya şirkəti olan Bureau Veritas UK tərəfindən həyata keçirilən uğurlu sertifikatlaşdırma auditi STP Şirkətlər Qrupunu beynəlxalq stadartlara cavab verən, keyfiyyətli məhsul və xidmətləri təqdim etməyə qadir olan regional lider kimi təsdiq etdi.


Bu sertifikat bir çox beynəlxalq və yerli sənaye nəhəngləri ilə əməkdaşlıq etmək üçün böyük imkanlar açır və müvafiq sənaye sektorlarında nəzərdə tutulan ölkəxarici irimiqyaslı layihələrdə olacaq strateji tərəfdaşlıqlar üçün əlverişli fürsət yaradır.


STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Hicran Valehov bu uğurla bağlı fikir bildirərək deyib: “Biz Azərbaycanda AS 9100D standartlaşma sertifikatını əldə edən ilk və yeganə şirkət olmaqdan qürur duyuruq. “Bu nailiyyət regionda innovasiya və sənaye liderliyinə doğru səyahətimizdə mühüm bir mərhələni təmsil edir. İnanırıq ki, bu sertifikat təkcə aviasiya, aerokosmik və müdafiə sənayesinin inkişafına töhfə verməyəcək, həm də bütövlükdə ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.”


Paylaşın: