02 İyul 2024

STP Şirkətlər Qrupuna daxil olan STP Heavy Engineering şirkəti, Bakının Ağ Şəhər rayonunda “Zaman meydanı” layihəsi çərçivəsində tikilən piyada körpüsünün hissələrini istehsal edib.
Ağ Şəhərin əlamətdar yerinə çevriləcək 8 Noyabr prospektini əhatə edən piyada körpüsünün Bakının yeni simvollarından biri olacağı gözlənilir. Ümumi uzunluğu 237 metr, eni isə 7 metrdən 14 metrə qədər olan körpü cənub tərəfində, ictimai mərkəzin üçüncü mərtəbəsində, şimal ucu isə Fəvvarələr Meydanı Parkına açılır və eyni zamanda 8 Noyabr prospekti boyunca yerləşən “Zaman Meydanı”na çıxışı təmin edir. Eskalatorlar və liftlər piyadalar üçün rahat eniş və yoxuş təmin edəcək.