AZ
AZ

STP Şirkətlər Qrupu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edəcək

30 May 2024

Hero

STP Şirkətlər Qrupu 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə iştirakını elan edir.


Qrupun stendində STP Polymer, STP HE və STP Global Cable şirkətlərinin innovativ həlləri və məhsulları nümayiş olunacaq. Üç gün ərzində ziyarətçilər aşağıdakılar da daxil olmaqla geniş çeşiddə məhsullarla tanış ola biləcəklər:


● Müxtəlif borular və fitinqlər;

● Təzyiqli su və qaz boruları;

● Koruge boruları, drenaj boruları və damcı suvarma boruları;

● Kabel məhsulu nümunələri;

● Dizel generatorları;

● Ödəniş və növbə idarəetmə terminalları.


Paylaşın: