06 May 2024

350 və 650 kVA nominal gücündə istehsal olunan məhsul adi generatordan fərqli olaraq havalandırmanın keyfiyyətinə müsbət təsir göstərən avtomatik jalüzlər və müasir səs boğucu sistemi ilə təchiz olunub. Yeni generatorun çəkisi 4020 kq, uzunluğu isə 4250 mm-dir. Məhsulun hazırlanmasında istifadə olunan xammal Avropadan idxal olunur.
Generatorun Azərbaycanda ilk və yeganə istehsalçısı STP Şirkətlər Qrupuna daxil STP Global Cable zavodudur.