17 Aprel 2024

STP Şirkətlər Qrupuna daxil “STP Metal Structures” şirkəti tikinti, sənaye və kənd təsərrüfatı yüklərinin daşınması zamanı istifadə olunan qoşqu və yarımqoşqular istehsal edir. Bunlardan biri, ağır texnika və avadanlıqların daşınması üçün nəzərdə tutulan 3 oxlu “STP AYDY-60” markalı ağır yükdaşıyan yarımqoşqulardır. Onların yükdaşıma qabiliyyəti 60 tondur. Yarımqoşqunun öz çəkisi 15 ton, uzunluğu 15 metr, eni 3.5 metr, yükləmə hündürlüyü isə 1.3 metrdir. Zavod ümumilikdə il ərzində 100-ə yaxın bu tipli yarımqoşquların və onların dartıcılarının komplektləşdirilməsini təmin etmək gücünə malikdir. İkinci Qarabağ Müharibəsindən sonra Bakıda və Xankəndində təşkil olunanparadlarda hərbi texnikanın daşınması və nümayişi üçün sözügedən yarımqoşqulardan istifadə olunub.