16 Aprel 2024
STP Şirkətlər Qrupuna daxil “STP Global Cable” şirkəti Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Beynəlxalq Boru Kəməri Materialları Sərgisində ilk dəfə olaraq iştirak edir. Bu beynəlxalq sərgidə dünyanın hər yerindən 1300-dən çox kabel sənayesi şirkəti üç gün ərzində öz məhsul və xidmətlərini təqdim edir.