09 Fevral 2024

STP Şirkətlər Qrupuna daxil ASSAN STP Panel şirkətində 2022-ci il ilə müqayisədə məhsullarının satış həcmi 1.8 dəfə, istehsal həcmi isə 1.9 dəfə artıb.
Həmçinin ASSAN STP Panel zavodunda qapalı məkanlar üçün təbii günəş işığı təmin edən və elektrik enerjisi xərclərini azaldan polikarbonat lövhələrinin istehsal sahəsi genişləndirilib. Əsasən xarici bazarlara satışı həyata keçirilən bu məhsul sendviç panellərə, həmçinin istənilən dam və divar örtüklərinə asan quraşdırılır və təbii işığlandırmanı təmin edir.
Polikarbonat təbəqə istehsalının artması STP Qrupunun "Yaşıl Dünya Uğrunda Həmrəylik İli" dövründə ətraf mühitin qorunması səylərinin bir hissəsidir.