29 Yanvar 2024

STP Şirkətlər Qrupuna daxil olan STP Polimer şirkəti Bakı şəhərinin küçələrində mikromobillik zolaqlarının salınması layihəsində tərəfdaş şirkət kimi tenderdə qalib olub. Ümumi büdcəsi 535 661 manat təşkil edən layihəyə əsasən STP Polimer 2024-cü il ərzində 7 min ədəd zolaq ayırıcı və qoruyucu element istehsal edəcək.
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində STP Şirkətlər qrupu ətraf mühitin qorunmasına çağırış edir: istehsalat sonrası yaranan tullantılardan ətraf mühitə ziyan vurulmadan səmərəli istifadə nəyinki sözügedən layihədə həmçinin bütün istehsalat zamanı prioritet olaraq qalacaq.
Onu da qeyd edək ki, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi 286 kilometrlik uzunluğunda mikromobillik zolaqları çəkiləcək və bu da 120 min zolaq ayırıcı dəstin istehsal olunması tələb edəcək. Bu sayda zolaq ayırıcı dəstinin istehsalı üçün 660 ton tullantı təkrar emal tələb olunacaq.