07 Dekabr 2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun “STP Global Cable” şirkəti yüksək göstəricilər nümayiş etdirib.
Ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb. Bu, ixrac coğrafiyasının genişlənməsi və 2023-cü il ərzində yeni layihələrin imzalanması ilə bağlıdır. Hazırda ixrac fəaliyyəti Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya kimi ölkələrə həyata keçirilir.
Hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və STP Global Cable sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb.