20 Fevral 2018

STP Şirkətlər Qrupu ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli kabel məhsullarının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən STP Şirkətlər Qrupunun tərkibinə daxil olan regionun ən böyük kabel zavodu Global Cable hazırda Tacikistan Respublikasında davam edən ”Ravşan” yarımstansiyasının tikintisi və yenidənqurulması layihəsində istifadə üçün alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.
İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Ravşan” yarımstansiyasının inşaası və yenidənqurulması layihəsində iştirakla bağlı tərəflər arasında danışıqlar ötən il başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP Şirkətlər Qrupu məhsullarının yüksək keyfiyyəti və rəqabətli qiymətləri sayəsində qalib gəlib və nəticədə sifarişçi ilə iki illik tərəfaşlıq müqaviləsi imzalanıb. Yenidənqurma işləri aparılan yarımstansiya STP Global Cable məhsulları ilə tam təchiz olunacaq və ilk partiya mart ayında sifarişçiyə göndəriləcək.