AZ
AZ

STP Şirkətlər Qrupu “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə iştirak edib

04 İyun 2026

Hero


STP Şirkətlər Qrupu regionun nüfuzlu sənaye tədbirlərindən biri olan “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə stend ilə iştirak edib.


Sərgi çərçivəsində STP Şirkətlər Qrupunun törəmə şirkətləri tərəfindən geniş məhsul və xidmət portfeli haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib. Stenddə enerji və neft-qaz sahələrinə yönəlmiş innovativ həllər nümayiş etdirilərək, şirkətin yerli və beynəlxalq bazardakı güclü mövqeyi vurğulanıb.


Eyni zamanda, ziyarətçilər STP Şirkətlər Qrupunun nümayəndələri ilə birbaşa ünsiyyət quraraq potensial əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edib.


Sərgi çərçivəsində keçirilən görüşlər STP Şirkətlər Qrupu üçün yeni tərəfdaşlıqların qurulması və mövcud biznes əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.


Paylaşın: