20 Oktyabr 2026

STP Şirkətlər Qrupu 14-16 oktyabr 2026-cı il tarixlərində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisində iştirak edərək geniş məhsul portfelini və sənaye həllərini təqdim edib.
Sərgidə şirkətin kabel, polimer, alüminium, armatur və ağır mühəndislik istiqamətləri üzrə məhsulları rəqəmsal formatda nümayiş olunub. İnteraktiv təqdimat ziyarətçilərə şirkət məhsul çeşidi və istehsal imkanları ilə daha yaxından tanış olmaq imkanı yaradıb. Sərgi ziyarətçiləri quiz oyununda iştirak edərək hədiyyə qazanmaq fürsəti də əldə ediliblər.
STP Şirkətlər Qrupu sənaye və infrastruktur layihələri üçün təqdim etdiyi məhsul və həllərlə Azərbaycanın istehsal potensialının inkişafına töhfə verir. Şirkət, həmçinin Qarabağda həyata keçirilən bir sıra layihələrdə iştirak edərək regionun yenidən qurulması prosesinə dəstək göstərir.
Sərgidə iştirak şirkətin sənaye sektorunun nümayəndələri ilə işgüzar əlaqələrini inkişaf etdirmək və istehsal imkanlarını geniş auditoriyaya tanıtmaq baxımından əhəmiyyət daşıyıb.